2 Fevral - Gənclər Günü münasibətilə bir sıra müəllimlər, işçi heyəti təltif olunub

    Fevralın 1-i 2024-cü il tarixdə Fəaliyyət Planına əsasən 2 Fevral - Gənclər Günü münasibətilə bir sıra müəllimlər, işçi heyəti məktəbin ictimai işlərində, müxtəlif məzmunlu layihələrin təşkilində fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif olundular. 

    Məktəbin direktoru Nizami Qasımzadə 2 Fevral - Gənclər Gününün tarixi əhəmiyyəti, Ümummilli lider Heydər Əliyevin gənclik siyasətinin əsasının qoyulması, Prezident İlham Əliyev cənablarının siyasi kursu uğurla davam etdirilməsi haqqında danışdı.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsi icra edən Sərxan Şahverdiyev fəaliyyətinə görə təltif olunan müəllimləri, işçi heyətini səmimi qəlbdən təbrik etmişdir.

    2 Fevral - Gənclər Gününüz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi