I yarımilin yekunları ilə bağlı məktəb rəhbərliyi tərəfindən ibtidai sinfin valideynlərilə görüş keçirilmişdir

    Fevralın 1-i 2024-cü il tarixdə Fəaliyyət Planına əsasən 2023/2024-cü tədris ilində I yarımilin yekunları və II yarımildə görüləcək işlər barəsində ibtidai sinfin valideynlərilə görüş keçirilmişdir.

    Valideynlərin məktəbə marağının ölçülü ası məqsədilə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev qeydiyyat aparmış, valideyn-məktəb münasibətləri, təhlükəsizlik qaydaları haqqında söhbətlər aparılmışdır.

    Məktəbin direktoru Nizami Qasımzadə valideyn-şagird-məktəb birliyi, şagirdlərin tədris vəziyyəti və.s cari məsələlər haqında geniş formatlı çıxış etdi.

    Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Samirə Sadıqova, Şəbnəm Məmmədova I yarımilin yekunları haqqında ümumi hesablı çıxış etdilər.

    Ümumilikdə görüşdə aşağıdakı məsələlər müzakirə edilmişdir :
        1. Şagird Davranış Qaydalarının tətbiqi və riayətin gücləndirilməsi;
        2. Məktəbə aid olmayan əşyaların məktəbə gətirilməməsinin qadağan olunmasının bir daha xatırlatma edilməsi;
        3. Etik davranış qaydalarına riayət;
        4. Davamiyyətin müntəzəm nəzarətdə saxlanılması;
        5. I yarımilin yekunları;
        6. Cari məsələlər.

    Qeyd : Görüşdə 200-dən çox valideyn iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi