2 Fevral - Gənclər Günü münasibətilə bir qrup IX-XI sinif şagirdləri təltif olunub

    Fevralın 1-i 2024-cü il tarixdə Fəaliyyət Planına əsasən 2 Fevral - Gənclər Günü münasibətilə IX-XI siniflərdən bir sıra şagirdlər məktəbin ictimai işlərində iştirakına, müxtəlif məzmunlu müsabiqələr və ya layihələrdə iştirakına görə Təşəkkürnamə ilə təltif olundular. 

    Məktəbin direktoru Nizami Qasımzadə 2 Fevral - Gənclər Gününün tarixi əhəmiyyəti, Ümummilli lider Heydər Əliyevin gənclik siyasətinin əsasının qoyulması, Prezident İlham Əliyev cənablarının siyasi kursu uğurla davam etdirilməsi haqqında danışdı.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsi icra edən Sərxan Şahverdiyev fəaliyyətinə görə təltif olunan şagirdləri səmimi qəlbdən təbrik etmişdir.

    2 Fevral - Gənclər Gününüz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi