I-XI sinfin sinif rəhbərilə Teams platforması üzərindən iclas təşkil olundu

    Yanvarın 10-u 2024-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.5.3-cü bəndinə əsasən I-XI sinfin sinif rəhbərilə Teams platforması üzərindən iclas təşkil olunmuşdur.

    Giriş sözü ilə məktəbin direktoru Nizami Qasımzadə başlayaraq ümumi idarəetmə məsələləri, növbədənkənar təşkil olunan prezident seçkiləri, BSQ-nin təşkil olunması və.s haqqında məlumat verdi.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri direktor müavini (təşkilatçı)vəzifəsini icra edən Sərxan Şahverdiyev Şagird Davranış Qaydaları üzrə apardığı monitorinqlərin nəticələri, davamiyyətin, növbətçiliyin düzgün təşkil edilməsi və.s cari məsələlər haqqında danışdı.

    RFO-nun rayon(şəhər) turunda 8 nəfərin qalib olaraq yarımfinal turuna vəsiqə qazanması xüsusi olaraq vurğulandı və məktəb kollektivi təbrik edildi.

    Sonda məktəbin direktoru N.Qasımzadə ümumi sözlərlə iclası yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi