"Valideynin məktəbdə bir günü" mövzusunda açıq qapı təşkil olundu

    Yanvarın 8-i 2024-cü il tarixdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.6.3-cü bəndinə əsasən II, V, VI sinif valideynləri üçün "Valideynin məktəbdə bir günü" mövzusunda açıq qapı təşkil olunmuşdur.

    Məktəbin direktoru Nizami Qasımzadə, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev valideynləri salamlamış, açıq qapı gününün mahiyyəti, proqramı haqqında ətraflı məlumat vermişdirlər.

    "Valideynin məktəbdə bir günü" açıq qapı layihəsinə əsasən UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyevin müşayiətilə valideynlər məktəbin yeməkxanası, kitabxanası, idman zalı, "Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris olunan sinif otaqları, siniflərdə tədris olunan dərslərlə yaxından tanış olmuşdular. Həmçinin Təlim-tərbiyə işləri üzrə direktor müavinlərilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

    Layihənin sonunda valideynlərin təklif və iradları dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi