"Həmrəyliyimiz əbədidir" adlı tədbir keçirildi

    Dekabrın 30-u 2023-cü il tarixdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.1.8-ci bəndinə, BŞTİ-nin 3.2 və 3.4-cü bəndlərinə əsasən "Həmrəylik əbədidir" adlı tədbir keçirilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev Dünya Azərbaycanlıların Həmrəylik Günü və təqvim ilinin dəyişməsi münasibətilə məktəb rəhbərliyini, müəllim və şagird heyətini təbrik etmiş, Yəaradıcı tədbirin mahiyyəti və.s haqqında danışmışdır. 

    Ardınca  Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı ilə "Bəxt üzüyü" filminin motivləri əsasında hazırlanmış tamaşa nümayiş etdirilmişdir. Tamaşa ərzində milli-mənəvi ruhun inkişafı ilə bağlı müxtəlif mahnılar səsləndirilmişdir.

    Tamaşanın sonunda məktəbin direktoru Nizami Qasımzadə, TTİ üzrə direktor müavini Könül Həsənova zalda iştirak edən hər bir şəxsi səmimi qəlbdən təbrik etmiş, 2024-cü ildə bol-bol uğurlar və müvəffəqiyyətlər arzulamışdırlar.

    Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi