Tərəfdaş məktəb olaraq "Məktəbli könüllü" proqramı məktəbimizdə

    Dekabrın 25-i 2023-cü il tarixdə "Bir Könüllü" Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəbimizdə bir qisim 8-11-ci sinif şagirdlərilə görüş keçirilmişdir.

    Görüşdə layihə əməkdaşları şagirdlər üçün proqramın əhəmiyyətli, şagirdlər üçün xeyri haqqında danışdılar. Sonda interaktiv oyun keçirilərək bəzi şagirdlərə hədiyyələr təqdim olunmuşdur.

    Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?

         məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;

        ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə;

        məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri;

        məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlifmövzulu yay və qış düşərgələrinin təşkili;

        məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili;

        Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi