Şəhidimizin doğum günü qeyd olundu

    Dekabrın 19-u 2023-cü il tarixdə 10"D" sinif rəhbəri Vəfa Hacıyeva və şagirdləri Şəhid Noçuyev Surxay Əbdül oğlu adına sinif olaraq Şəhidin doğum gününü qeyd etdilər.

    Azərbaycan Respublikası Dövlət Himni səsləndikdən sonra Şəhidimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidimin həyat yolu haqqında məlumat verildi.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev II Qarabağ müharibəsinin əhəmiyyəti, Şəhidlərin ölməzliyi, onların daim xatirələrdə, əməllərdə yaşadılmasını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi