Dərsdinləmələr təşkil olundu

    Dərsdinləmə cədvəlinə əsasən 10"Ç" təmayül sinfində biologiya müəllimi Arzu Gözəlovanın dərsi məktəb rəhbərliyi tərəfindən dinlənilmişdir.

    Dərsdinləmədə məktəbin direktoru Nizami Qasımzadə, TTİ üzrə direktor müavini Könül Həsənova, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev, psixoloq Lətafət Musayeva iştirak etdilər.

    Bununla yanaşı, 7"İ" sinfində də riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə dərsdinləmə aparılmışdır.

    TTİ üzrə direktor müavini Aytəkin Əliyeva dərs prosesinin təşkili, şagirdlərin təlim nəticələrinin və öyrənmə bacarıqlarının izlənilməsi, qiymətləndirmənin təşkili hissəsini yoxlamışdır.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev müəllimin pedaqoji dəstək fəaliyyəti, şagirdlərin davranışı hissəsini yoxlamışdır.

    Dərsdinləmələr aparılmasında əsas məqsəd müəllimlərə dəstəyin göstərilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi