"Sən elə bir zirvəsən" adlı yaradıcı tədbir keçirildi

    Dekabrın 11-i 2023-cü il tarixdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.1.7-ci bəndinə əsasən şagirdlərin şəxsi keyfiyyətlərindən istifadə edərək Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı yaradıcı tədbir keçirilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca unudulmaz liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Yaradıcı tədbirin ssenarisinə əsasən aparıcılar maarifləndirici məlumatlar vermiş, şagirdlər şeirlər səsləndirilmiş, kompozisiya təqdim edilmişdir. Tədbirdə "Sən elə bir zirvəsən" musiqi sədaları altında Azərbaycan bayrağı səhnəyə gətirilmişdir.

    Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etmişdirlər.

    Yaradıcı tədbirin sonunda UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev, Təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva çıxış edərək tədbirin keçirilməsini yüksək səviyyədə qiymətləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi