"Dil" mövzusunda "Açıq dərs" təşkil olundu

    Dekabrın 11-i 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planının 3.2. və 3.4-cü bəndlərinə əsasən Hafizət Qurbanova 10"C" təmayül sinfində müasir dərs metodlarına əsasən "Dil" mövzusunda "Açıq dərs" təşkil etmişdir.  "Açıq dərs"də Ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" kəlamı dərsin mövzusu ilə əlaqələndirilmiş, ona həsr edilmiş videoçarx təqdim edilmişdir.

    "Açıq dərs"də məktəbin direktoru Nizami Qasımzadə, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı)vəzifəsini icra edən Sərxan Şahverdiyev iştirak etdilər. 

        Standart : 1.2.2
        Təlim nəticələri : Oxuduğu məlumatlardan istifadə edərək fikirini əsaslandırır.
        Resurs : İş vərəqləri, dərslik, videoçarx 
        İş üsulu : Əqli hücum, təqdimat, müzakirə 
        İş forması : Qrup, kollektiv 
        Motivasiya : Sual-cavab 
        Qiymətləndirmə : I səviyyə - Fikrini çətinliklə əsaslandırır; II səviyyə - Fikrini natamam əsaslandırır; III səviyyə - Oxuduqları əsasında fikrini əsaslandırır; IV səviyyə - Əlavə faktlardan istifadə etməklə fikrini əsaslandırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi