"Reproduktiv sağlamlıq"la əlaqədar maarifləndirici seminarlar təşkil olundu

    Dekabrın 5-i 2023-cü il tarixdə BŞTİ-nin müvafiq təlimatı, "Reproduktiv sağlamlıq"la əlaqədar məktəbdaxili cədvələ əsasən 9"E,Ə" sinif şagirdlərilə "Gəncliyin ilk baharı" mövzusu üzrə maarifləndirici seminar təşkil olunmuşdur.

    Maarifləndirici seminarı oğlanlar üzrə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev, qızlar üzrə psixoloq Lətafət Musayeva təşkil etmişdir.

    Eyni zamanda, dekabrın 5-i 2023-cü il tarixdə BŞTİ-nin müvafiq təlimatı, məktəbdaxili "Reproduktiv sağlamlıq" məşğələləri cədvəlinə uyğun 8"C,G" siniflərində həyat bilgisi və biologiya dərslərində Şölə Mirzəyeva, Kəmalə Abışova "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici dərs təşkil etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi