"Dilimizi qoruyaq" şüarı altında elmi-praktiki konfrans keçirildi

    Noyabrın 30-u 2023-cü il tarixdə BŞTİ-nin Fəaliyyət Planının 3.2. və 3.4-cü bəndlərinə əsasən məktəb Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Məmmədova və UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyevin təşkilatçılığı ilə 9"D" sinfində "Dilimizi qoruyaq" şüarı altında elmi-praktiki konfrans keçirilmişdir. 

    Elmi-praktiki konfransda dilimizdə olan sözlərin düzgün istifadə edilməsi, varvar sözlərdən istifadə edilməməsi haqqında danışılmışdır.

    Heydər Əliyevin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm." kəlamları söylənilmiş, Ali Baş Komandan İlham Əliyev cənablarının dil siyasəti, dilimizin inkişafı üçün gördüyü işlər barəsində bəhs edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi