Sinif rəhbərlərilə iclas keçirildi

    Noyabrın 29-u 2023-cü il tarixdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.5.3-cü bəndinə əsasən I-XI sinfin sinif rəhbərlərilə Teams platforması üzərindən iclas təşkil olundu. 

    Məktəbin direktoru Nizami Qasımzadə sinif rəhbərlərini salamlamış, öz tövsiyələrini onlara çatdırmışdır.

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev aşağıdakı məsələlər haqqında çıxışlar etmişdir:
        1. Şagird Davranış Qaydalarının tətbiqi;
        2. Şagird Davranış Jurnalının yazılması;
        3. Davamiyyət;
        4. Növbətçiliyin icrası;
        5. Valideyn iclaslarının təşkili və protokolların yazılması;
        6. Təşkilat saatlarının keçirilməsi;
        7. Yoxlama komissiyasının siniflərdə yoxlanışlar aparması;
        8. Şagirdlərin psixoloji vəziyyəti və psixoloqlara müraciət;
        9. Cari məsələlər

    Sonda N.Qasımzadə öz təklif və iradlarını bildirmiş, növbəti işlərdə daha punktual, optimal işləmələrini söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi