Zəfərin qəhrəmanları

    Noyabrın 6-sı 2023-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planına, F-387 nömrəli əmrin I bəndinə əsasən 2"E" sinif rəhbəri Sevinc Məmmədovanın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Zəfərin qəhrəmanları" adlı ümumməktəb yaradıcı tədbiri təşkil olundu.

    Tədbirə başlamamışdan öncə məktəb rəhbərliyinin təşəbbüsü ilə məzun Şəhidlərimizin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin açılışı oldu.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himnilə başladı. Ardınca Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Yaradıcı tədbirdə şagirdlərin hazırladıqları şeirlər, kompozisiyalar təqdim olundu.

    Yaradıcı tədbirdə məktəb rəhbərliyi, Şəhid məzunlarımızın ailə üzvləri, müəllimlər, şagirdlər, valideynlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi