Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi təşkil olundu

    Noyabrın 2-si 2023-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planına, F-387 nömrəli əmrin VIII bəndinə əsasən VIII sinif şagirdləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi təşkil olundu.

    Müsabiqəyə başlamamışdan öncə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev, TTİ üzrə direktor müavini Aytəkin Əliyeva, kitabxana müdiri Sevda Rzayeva Zəfər Gününün mahiyyəti, həmin günə həsr olunmuş şeir müsabiqəsinin keçirilməsi haqqında çıxış etdilər.

    Müsabiqədə ümumilikdə 19 şagird iştirak etdi. Yekun nəticələrə əsasən qaliblər və fərqlənənlər müəyyən edildi. Siyahını təqdim edirik :
        I yer - Fidan Xəlilli - 8"E
        II yer - Banuçiçək Sadıqzadə - 8"E"
        III yer - Rəna Babazadə - 8"A", Pinar Məmmədova - 8"A"
        Fərqlənmə - Mehdi Şixəliyev - 8"H", Fatimə Nəbizadə - 8"A"

    Qalibləri və iştirak edənləri səmimi qəlbdən təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi