IV, VI, VII və VIII siniflərdə monitorinq keçirilib

  Azərbaycan dili fənni üzrə monitorinq keçirilib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq təlimatına əsasən IV, VI, VII və VIII siniflərdə 23 oktyabr 2023-cü il tarixdə monitorinq keçirilib.

 BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

  Təhsilalanlara 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.

  Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.

  Məktəb üzrə monitorinqin keçirilməsində məktəb rəhbərliyi, qeyri-ixtisas fənn müəllimləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi