"Məktəbin və ailənin yeni tədris ilində vəzifələri" mövzusunda valideynlərlə görüş təşkil olundu

  Sentyabrın 29-u 2023-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planına əsasən "Məktəbin və ailənin yeni tədris ilində vəzifələri" mövzusunda valideynlərlə görüş təşkil olundu.

  UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini(təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev valideynləri salamlayaraq görüşün gündəliyi, məzmunu haqqında məlumat verdi.

  Məktəbin direktoru Nizami Qasımzadə valideyn-məktəb münasibətlərinin düzgün formalaşdırılması, əlaqələrin gücləndirilməsi və.s haqqında öz tövsiyələrilə geniş formatda çıxış etdi.

  Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova çıxış edərək şagirdlərin tədrisə marağının artırılması, monitorinqlərin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi haqqında ətraflı məlumat verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi