"Vətənpərvərlik hissi dövlətin təməli və gələcəyidir" adlı elmi-praktiki konfrans təşkil olundu

  Sentyabrın 26-sı 2023-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planına, Anım Günü ilə bağlı həftəlik plana əsasən "Kiçik Akademiya"nın tarix kafedrasının, məsləhətçi müəllimlərin təşkilatçılığı ilə "Vətənpərvərlik hissi dövlətin təməli və gələcəyidir" adlı elmi-praktiki konfrans təşkil olundu. 

   Elmi-praktiki konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

   Elmi-praktiki konfransın gündəliyinə əsasən UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev giriş sözü ilə başladı.

   Konfransın gündəliyinə əsasən məsləhətçi müəllimlərin hər biri hazırladıqları məruzələrilə çıxış etdilər. 

   Məktəbin direktoru Nizami Qasımzadə yekun sözlərlə çıxış edərək vətənpərvərlik hissini qorumaq, yaşatmaq hər birimizin borcu olduğunu bir daha vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi