307 nömrəli məktəbdə şagird özünü idarəetmə orqanı yaradıldı

  Sentyabrın 22-si 2023-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planına əsasən şagirdlərin məktəbə marağının artırılması, məktəbin idarə olunmasında şagirdlərin cəlb olunması məqsədilə şagird özünü idarəetmə orqanı yaradıldı.

  UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sərxan Şahverdiyev 7-11-ci sinfin sinif nümayəndələrilə görüş zamanın şagird özünü idarəetmə orqanın vacibliyini vurğulamışdır. 

  Seçilən hər bir sinif nümayəndəsi(deputat) şagird özünü idarəetmə orqanın üzvüdür. Sinif nümayəndələri (deputatlar) arasından 2023/2024-cü tədris ili ərzində I yarımilin sonunadək 11"Ç" sinif şagirdi Fidan Ömərli orqanın prezidenti, 10"Ç" sinif şagirdi Gülçin Əliyeva I vitse-prezident, 9"D" sinif şagirdi Aişə Mustafayeva vitse-prezident, 9"F" sinif şagirdi Banu Musayeva vitse-prezident seçilmişdir.

  Şagirdlərimizi səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi