15 Sentyabr - Bilik Günü

  15.09.2023-cü il tarixdə 15 Sentyabr Bilik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.

 

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Vətən uğrunda canından keçən Şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əbədi, əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 

 

  UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev giriş sözü ilə tədbiri açıq elan etdi.

 

  Məktəbin direktoru Nizami Qasımzadə balaca fidanlarımızı salamlayaraq onlara bol-bol uğurlar və müvəffəqiyyətlər arzuladı. 

 

  Tədbirdə qonaq qismində iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Həsənli, SRİH başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev balaca fidanlarımızı salamlamış, Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir.

 

  Tədbir ərzində ilk gündə tədris olunan dərslərin I saatı "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunması bildirilmişdir. Çünki Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməmiş, qoyduğu təməlin uğurlu olması məhz şagirdlərimizə çatdırılmışdır.

 

  Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Samirə Sadıqova, Şəbnəm Məmmədova da öz ürək sözlərini şagirdlərlə bölmüşdür.

 

  Tədbir ərzində milli ruhda mahnılar səslənmiş, balaca fidanlarımız şeirlər söyləmişdir.

 

  Tədbirdə "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalında iştirak edən şagirdlərimizi və müəllimlərimizi stimullaşdırmaq məqsədilə onlara "TƏŞƏKKÜRNAMƏ" verilmişdir.

 

  Tədbir ilk zəngin vurulması başa çatmışdır.

 

  Hər bir şagirdimizi, kollektivimizi səmimi qəlbdən təbrik edir, yeni tədris ilində bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

#SalamMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi