2023/2024-cü tədris ilinin ilk Pedaqoji şurası

    12.09.2023-cü il tarixdə 2023/2024-cü tədris ilinin başlanması ilə əlaqədar olaraq ilk Pedaqoji şura iclası təşkil olundu.

    Pedaqoji şuranı məktəbin direktoru Nizami Qasımzadə açaraq sədr və katibin seçilməsini səsə qoyaraq yekdilliklə qəbul edildi.

    Ardınca Pedaqoji şuranın sədri N.Qasımzadə gündəlik məsələlər haqqında danışdı. Gündəlik məsələlər haqqında aşağıda qeyd olunan formada çıxışlar oldu :

    1. Sərxan Şahverdiyev - Qiymətləndirmələrin təşkili və peşəyönümünə dəstək mərkəzi olaraq şagirdlərin peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrinə qəbulu haqqında statistik göstəricilər, 500 və 600 baldan yuxarı nəticə əldə edən şagirdlər haqqında statistik məlumatlar, 2023/2024-cü tədris ilində sinif rəhbərlərinə tətbiq olunacaq iltizam(təlimat) haqqında məlumat, şagird davranış qaydalarına əsasən tədris başlananda iltizamlara(təlimatlara) imzaların çəkilməsi, vahid məktəbli formasının tətbiqi, "Rəqəmsal bacarıqlar" və STEAM layilərinin tətbiq olunması və kabinetlərə məsul şəxslərin cəlb olunması, növbətçiliyin tətbiq olunması və iltizamlara(təlimatlara) imzaların çəkilməsi və cari məsələlər;

    2. Könül Həsənova - 2022/2023-cü tədris ilində IX sinif şagirdlərinin nəticələri, X siniflərin komplektləşdirilməsi, sinif rəhbərlərinin təyin olunması, payız imtahanına qalan şagirdlərin imtahan nəticələri və sinifdən-sinfə keçirilməsi və müəllimlərin "Etik davranış qaydaları" haqqında olan məlumata imzaların çəkilməsi və cari məsələlər;

    3. Aytəkin Əliyeva - 2022/2023-cü tədris ilində VII-VIII sinif şagirdlərinin payıza qalanlarının məlumatı, sinifdən-sinfə keçən şagirdlərin təqdimatı, müəllimlərin ümumi vəzifələri və cari məsələlər;

    4. Şeyda Abbasova - 2022/2023-cü tədris ilində V-VI sinif şagirdlərinin payıza qalanlarının məlumatı, sinifdən-sinfə keçən şagirdlərin təqdimatı və cari məsələlər;

    5. Samirə Sadıqova - 2022/2023-cü tədris ilində IV sinif şagirdləri üçün BŞTİ və Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş monitorinq nəticələri haqqında;

    6. Şəbnəm Məmmədova - 2022/2023-cü tədris ilində BŞTİ tərəfindən III siniflər üçün təşkil olunmuş monitorinq nəticələri haqqında;

    7. Sevda Rzayeva - 2023/2024-cü tədris ili üçün dərsliklərin paylanılması və saxlanılması haqqında danışıldı.

    Sonda gündəlik məsələlər səsə qoyularaq qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi