XI sinif şagirdlərinin qəbul imtahanlarının nəticələri

    2022/2023-cü tədris ilində XI sinif üzrə 122 şagirdimiz məzun olmuşdur. Məzunlardan 91 nəfəri Dövlət İmtahan Mərkəzinin xəttilə müxtəlif bloklar üzrə imtahan vermişdir. 6 nəfər şagirdimiz isə xaricdə təhsil üçün müraciət etmişdir.

    Ümumi nəticələrə əsasən 2 şagirdimiz 600-dan yuxarı nəticə əldə etmişdir:

        1)11"A" sinif şagirdi Zeynallı Duyğu I blok üzrə ümumilikdə "622.7" bal;

        2)11"B" sinif şagirdi Tağıyeva Aydan II blok üzrə ümumilikdə "610" bal əldə etmişdir.

    10 nəfər 500 baldan yüksək, 12 nəfər 400 baldan yüksək, 19 nəfər 300 baldan yüksək, 25 nəfəri 200 baldan yüksək, 9 nəfəri isə 150 baldan yüksək nəticə əldərək edərək ixtisas seçiminə buraxılırlar.

    14 nəfər şagirdimiz isə 0-150 bal aralığında nəticə əldə etdikləri üçün ixtisas seçiminə buraxılmayacaqlar.

    Ümumilikdə 91 şagirdimizdən 77 nəfəri ixtisas seçiminə buraxılacaq.

    Hər bir şagirdimizə 16-28 avqust tarixlərində baş tutacaq ixtisas seçimlərində uğurlar arzulayırıq!

    Mənbə: 307 nömrəli tam orta məktəb, Qiymətləndirmələrin təşkili və peşəyönümünə dəstək mərkəzi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi