"FƏRQLƏNMƏ" attestatları, "Fəxri Şagird" və "Fəxri Məzun" diplomlarının təqdim olunması

    İyulun 18-i 2023-cü il tarixdə IX və XI sinfi bitirmiş, FƏRQLƏNMƏ attestatlarına namizəd olan şagirdlərlə və onların valideynlərilə görüş keçirilmişdir. 

    Görüşdə məktəb rəhbərliyi tərəfindən onlara ümumi orta və tam orta təhsil səviyyələri üzrə "FƏRQLƏNMƏ" attestatları, "Fəxri Şagird", "Fəxri Məzun" diplomları təqdim olunmuşdur.

    Ümumilikdə ümumi orta təhsil səviyyəsi üzrə 4, tam orta təhsil səviyyəsi üzrə 3 şagirdimiz fərqlənmə attestatına layiq görülmüşdür. 

    Şagirdlərimizi səmimi qəlbdən təbrik edir, ali təhsil müəssisələrindən fərqlənərək məzun olmalarını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi