Pedaqoji şura

İyunun 24-ü 2023-cü il tarixdə növbəti Pedaqoji şura keçirildi.

 

Pedaqoji şuranı giriş sözü ilə məktəbin direktoru Nizami Qasımzadə açaraq gündəlikdə qeyd olunan məsələləri üzvlərin nəzərinə çatdırdı.

 

Pedaqoji şurada aşağıda qeyd olunan məsələlər haqqında çıxışlar oldu :

 

1. 2022/2023-cü tədris ilində müxtəlif məzmunlu hesabatların dinlənilməsi;

2. IX-XI siniflərə attestatların verilməsi;

3. 2023/2024-cü tədris ilində görüləcək işlər;

3.1. Rəqəmsal bacarıqlar layihəsinin tətbiqi;

3.2. Təmayül siniflərin yaradılması;

3.3. I, V, X siniflərin qəbuluna hazırlıq;

3.4. Siniflərin növbəti tədris ilinə hazırlığı;

4. Cari məsələlər 

 

Çıxışların ardıcıllığına əsasən :

1. UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev - tədris ili ərzində əldə olunan nailiyyətlər, tərbiyə prosesinin təşkili, valideynlərlə, sinif rəhbərilə işin təşkili haqqında;

2. Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Məmmədova - III siniflərdə tədris prosesinin təşkili, qiymətləndirmələrin təşkili, monitorinqlərin təşkili haqqında;

3. Təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Sadıqova - I, II, IV siniflərdə tədris prosesinin təşkili, qiymətləndirmələrin təşkili, monitorinqlərin təşkili haqqında;

4. Təlim-tərbiyə işləri üzrə direktor müavini Şeyda Abbasova - V, VI siniflərdə tədris prosesinin təşkili, qiymətləndirmələrin təşkili, monitorinqlərin təşkili haqqında;

5. Təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva - VII, VIII siniflərdə tədris prosesinin təşkili, qiymətləndirmələrin təşkili, monitorinqlərin təşkili haqqında;

6. Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova - IX, X, XI siniflərdə tədris prosesinin təşkili, qiymətləndirmələrin təşkili, monitorinqlərin təşkili haqqında, attestatların verilməsi haqqında;

7. Psixoloq Lətafət Musayeva - şagirdlərlə psixoloji işin təşkili haqqında;

8. Kitabxana müdiri Sevda Rzayeva - kitabxana işinin təşkili haqqında öz məruzələrilə çıxış etdilər.

 

Sonda qeyd olunan məsələlər haqqında qərarlar qəbul edildi, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə məktəbin direktoru Nizami Qasımzadə kollektivi səmimi qəlbdən təbrik etdi, xoş istirahətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi