"Son Zəng" tədbiri keçirildi

Son zəng qeyd olundu.

 

İyunun 14-ü 2023-cü il tarixdə məzunların doğma məktəblə vidalaşması üçün Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyevin təşkilatçılığı ilə "Son zəng" tədbiri təşkil olundu. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əbədi, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Sevinclə bu günü gözləyən XI-lər musiqi sədaları altında öz yerlərini aldılar.

 

Ümumi tədbirə başlamışdan öncə 1 "B" sinif şagirdlərinin milli ruhda hazırladıqları kompozisiya təqdim olundu.

 

Giriş sözü ilə məktəbin direktoru Nizami Qasımzadə məzunları, onların valideynlərini və qonaqları salamladı. N.Qasımzadə məzunlara müstəqil həyatda bol-bol uğurlar və müvəffəqiyyətlər arzuladı.

 

Ardınca Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev səmimi təbriklərə qoşularaq XI-lərə uğurlar arzuladı.

 

Məktəb rəhbərliyi tərəfindən bir sıra şagirdlər buraxılış imtahanlarında əldə etdikləri nəticələrə və ictimai işlərdə fərqləndiklərinə görə "Fəxri Məzun Diplom"u ilə təltif olundular.

 

Tədbirdə ərzində XI-lərin hazırladıqları kompozisiyalar, mahnılar təqdim olundu. 

 

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Samirə Sadıqova, Aytəkin Əliyeva, Şəbnəm Məmmədova, sinif rəhbərləri, valideynlər öz ürək sözlərini məzunlarla bölüşdülər.

 

Son zəng tədbirin atributu olan açar 11"A" sinif şagirdi Elcan Heydərov tərəfindən 10"A" sinif şagirdi, Ortaq Türk Dünyası Olimpiadasında Azərbaycanı təmsil edən, şagirdlər arasında ilkə imza ataraq Şuşada iştirak edən Ləman Qurbanovaya təqdim olundu. 

 

Son zəng çalınaraq və xüsusi olaraq məzunlara hazırlanmış xüsusi şeir səsləndirilərək tədbir sona çatdı

 

Yolunuz açıq olsun, əziz məzunlarımız!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi