İntellektual müsabiqə təşkil olundu

İyunun 5-i 2023-cü il tarixdə xeyriyyəçi valideyn Samirə Nəbiyevanın layihə müəllifi olduğu Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 11"C" və 11"Ç" sinif şagirdləri arasında intellektual müsabiqə təşkil olundu. 

 

İntellektual müsabiqəyə başlamamışdan öncə şərtləri, müsabiqə qaydaları haqqında məlumat verildi.

 

Müsabiqənin münsiflər heyətində Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Samirə Sadıqova iştirak etdilər.

 

Müsabiqənin aparılması UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev, xeyriyyəçi valideyn Samirə Nəbiyeva tərəfindən baş tutdu. 

 

Hər iki sinif müxtəlif mövzularda yüksək səviyyədə yarışdılar. Sonda bütün mövzularda yekun bala görə 15:10 hesabı ilə 11"C" sinfi qalib olmuşdur.

 

Qalib olan sinfə xeyriyyəçi qadın tərəfindən hazırlanmış əl işləri son zəng günündə hədiyyə kimi təqdim olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi