"Kiçik Akademiya"ların yekun hesabat konfransı

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların yekun hesabat konfransı 

 

Mayın 25-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilmişdir.

 

Konfransa başlamamışdan öncə şagirdlərin hazırladıqları sərgiyə baxış oldu.

 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ümummilli Lider Heydər Əliyevin, Şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya" məktəbinin direktoru Nizami Qasımzadə konfransın işini dəstəkləyərək açıq elan etmişdir.

 

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat xarakterli məlumatlar verdi.

 

Ardınca şagirdlərin ifasında "Heydər babanın nəvələriyik" adlı mahnı səsləndirildi.

 

Yekun konfrans 4 hissədən ibarət təşkil olunmuşdur. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işlərini təqdim etdilər. Fasilələr zamanı "Qarabağ can Qarabağ", "Anadır arzulara hər zaman Qarabağ", "Xalq Heydər söyləyəcək" adlı mahnılar şagirdlərin ifasında səsləndirilmişdir.

 

Konfransın sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov konfransın işini qənaətbəxş hesab etmiş, gənc tədqiqatçılara uğurlar və müvəffəqiyyətlər arzulamışdır. 

 

Hər bir məktəbin gördüyü işlərin qiymətləndirilməsi, stimullaşdırılması məqsədilə "Fəxri Fərmanla təltif olundular.

 

Konfransda məktəb direktorları, direktor müavinləri, KA rəhbərləri, müəllimlər, şagirdlər, qonaqlar iştirak etdilər. Konfransda 200-ə yaxın şəxs iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi