Dioqnostik imtahan keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktayabrın 19-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə ümumtəhsil məktəblərində Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahanın təşkili planlaşdırılmışdır.
19.10.2019-cu il tarixdə məktəbdə 9-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş dioqnostik imtahan keçirildi. İmtahan saat 10:00-da başlandı,13:00-da yekunlaşdı.