18 Oktyabr

18.10.2019-cu il tarixində 303 nömrəli ümumi orta məktəbdə 18 Oktyabr Milli Müstəqillik gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri giriş sözü ilə məktəbin təşkilatçısı S.A.Əliyeva açıq elan etdi. Sonra məktəbin UBT-rəhbəri M.E.Abasova çıxış edərək Müstəqillik gününün tarixi haqqında məlumat verdi. Sonra məktəbin şagirdləri Milli Müstəqillik gününə həsr olunmuş şeirləri və mahnıları təqdim etdilər. 8-ci sinif şagirdləri "Azərbaycan" musiqisinin sədaları altında "Yallı" rəqsini ifa etdilər. Rəqsdən sonra tədbir bağlı elan olundu.