"Valideynin məktəbdə bir günü"

Məktəbdə 31.05.2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli, F-66 nömrəli əmrinin tələblərinə müvafiq olaraq " Valideynin məktəbdə bir günü" layihəsi reallaşdırıldı. Layihənin əsas məqsədi " məktəb-valideyn", "müəllim- şagird", " məktəb-müəllim-valideyn" komponentləri arasında münasibətlərin düzgün tənzimlənməsi, qarşılıqlı əməkdaşlıq və səmərəli fəaliyyəti təşkil etməyi nəzərdə tuturdu. Maarfləndirici tədbirdə məktəbin psixoloqu İ.N.Paşayeva valideynlərə "Uşaq tərbiyəsi haqında valideynlərə yaddaş" vərəqləri payladı və " Valideyn-övlad münasibətləri"ni əks etdirən sorğu vərəqləri valideynlər tərəfindən cavablandırıldı. Məktəbin direktoru P.V.Rzayeva valideynlərə öz məsləhət və tövsiyyələrini verdi. Valideynlərin təklif və iradları dinlənildi. Valideynlər məktəbdən xoş təəssüratla ayrıldılar.