"Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası"

     Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzini, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəsə mühüm əhəmiyyət kəsb edir.

    Ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə 04.05.2019-cu il tarixində məktəbdə V-VI sinif şagirdləri arasında  "Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası" keçirildi. Olimpiada məktəb rəhbərliyinin nəzarəti altında saat 09:00-da başladı 10:30-da bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi