Məktəbimizdə Xocalı soyqrımına həsr olunmuş tədbir keçirildi

Tədbir uşaq birliyi rəhbəri Abasova Məhəbbət və tarix müəlliməsi Abasova Səmayənin təşkilatı ilə keçirilmişdi.Tədbirdə şagirdlərin iştirakı ilə səhnəciklər təşkil olundu,şeirlər deyildi.Ermənilərin törətdikləri vəhşilikləri səhnəciklər vasitəsi ilə şagirdlərə əyani olaraq göstərildi.Bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçirilməsi məqsədi ilə baş tutdu.