Novruz şənliyi

19 mart 2019-cu il tarixində məktəbdə Novruz bayramına həsr olunmuş " Elimizə bahar gəlir! " adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlərt himni səslənməsi ilə tədbir açıq elan olundu.
Tədbirin aparıcısı məktəbin UBT rəhbəri M.E.Abasova çıxış edərək Novruz bayramının tarixi və milli adət ənənələrimiz haqqında məlumat verdi. Sonra milli geyimli qızlar " Yallı " rəqsini ifa etdilər. Kosa və keçəlin məzəli oyunları şənliyi daha da maraqlı etdi. Əlində səməni olan bahar qız " Bayramınız mübarək olsun! " mahnısı ilə rəqs etdi. Sonra mill geyimli qızlar şəkərbura bəzəmək üzrə yarış keçirdilər. Məktəbin şagirdləri tonqal ətrafında Novruz bayramına həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Tədbirin sonunda Dədə Qorqud obrazını canlandıran şagird ilimizin xeyirli , ruzi bərəkətli gəlməsi üçün öz xeyir-duasını verdi. Bunulada tədbir bağlı elan olundu.