Qrup terapiyası

Qrup- müəyyən bir məqsəd üçün bir yerə toplanan ikidən çox insan toplusudur.
Qrup psixologiyasının məqsədi :
1. Şəxslərarası münasibətlərin formalaşdırılması və inkişaf etdirilməsi.
2. Üzvlərin duyğu, dəyər və tutumlarını paylaşması.
3. Hər bir üzvün davranışındakı məqsədlərin analizi.
4. Özünü və başqalarını qəbul etmə.
Qrup üzvləri yardım alıb-verməyi qrup içində öyrənirlər.
Qrup içində yeni çözümlər kəşf edilir, çünki qrupda üzv sayı qədər çözüm alma vasitəsi də yüksəkdir.Qrupla psixoloji iş bitirilməmiş işlərin bitirilməsi üçün üzvlərinə ortam, şərait yaradır.Başqa sözlə insanın həyatında olumlu olumsuz dilə gətirə bilmədiyi bir çox duyğu, düşüncə indiki yaşamına son dərəcə təsir edir.Beləliklə, ifadə edilməyən bu duyğu və düşüncələrin ifadə edlməsi yenə qrupla psixoloji görüş ortamında mümkün olur.Ayrıca qrup içində üzvlər gizli güclərinin fərqinə varırlar.Eyni zamanda özlərini qrup içində tanıma fürsəti yaxalayırlar.Qrupla psixoloji görüş ortamında üzvlər fərdi ayrılıqların fərqinə varırlar.Qrup üzvü öyrəndiyi yeni davranışları sosial yaşama transfer edir, özlərinə daha çox güvənir, ayaqları üzərində durur və problemin həlli yolunu öyrənir.