Xocalı soyqırımının 27-ci ildönümü

Məktəbdə 26 fevral Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət himinin səsələnməsi ilə tədbir açıq elan olundu. Məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini V.M.Əkbərova çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verdi. Məktəbin UBT rəhbəri M.E.Abasova ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında kəlamı səsləndirdi:
" Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." (Heydər Əliyev)
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin ibtidai sinif şagirdləri Xocalı soyqıtımına həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Məktəbin 7b sinif şagirdləri " Xocalı harayı" adlı ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Məktəbin 8-ci sinif şagirdləri " Xocalı " mahnısını xorla ifa etdilər. 9-cu sinif şagirdləri Abasova Samirə və Məmmədli Əsli gitaranın müşayiəti ilə " Cənab Leytinant" mahnısını ifa etdilər.
Xocalı soyqırımına həsr olunmuş tədbir bağlı elan olundu.