Şirvanşahlar irsi dünya muzeylərində

    " İçərişəhər" Dövlət Tarix -Memarlıq Qoruğu İdarəsi Azərbaycanda ilk dəfə olaraq " Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi keçirir.

    Vətən tarixini öyrənmək və təbliğ etmək baxımından məktəbin pedaqoji işçiləri ( azərbaycan dili- ədəbiyyat müəllimi və məktəbin psixiloqu) şagirdləri Şirvanşahlar Saray Kompleksinə və qız qalasına ekskursiya təşkil etdilər.

   Sərgidə Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid ( XIV-XV əsrlər Şirvanşah Keyqubad və Şirvanşah Xəlillullaha məxsus zirehli geyimlər, XV əsr Şah Fərrux Yasara məxsus dəbilqələr) unikal eksponatlar, eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı maddi-mədəniyyət nümunələri numayiş olundu.

   Sərgidə həmçinin Metropolitan, Ermitaj və digər dünya muzeylərinin kolleksiyalarına daxil edilmiş Şirvanşahlar dövrnə aid eksponatların muzey sahəsində innovativ yenilik olan 3D holoqramlarla təqdimatı da keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi