Şəhidlik zirvəsi

    Azərbaycan Respublikası Təhsil Nazirinin " 20 Yanvar faciəsinin 29-cu il dönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" nın  təsdiq edilməsi haqqında 28 dekabr 2018-ci il tarixli, F- 839 nömrəli əmrinin icrasını nəzərə alaraq, 12.01.2019-cu il tarixdə məktəbin psixoloqu İ.N.Paşayeva və  ədəbiyyat müəllimi E.E.Həsənov məktəbliləri Şəhidlər Xiyabanına ziyarətini təşkil etdilər. 

     Ziyarət müddəti ərzində  ədəbiyyat müəllimi şagirdlərə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlər haqqında geniş məlumat verdi. Şəhid olmuş tanınmış jurnalistlərin həyat və fəaliyyətləri haqqında məruzə etdi.

    Məktəbin psixoloqu şagirdlərdə vətənpərvərlik hissinin aşılanması məqsədi ilə şəhidlərin azadlıq, mübarizlik əzmindən danışdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi