Ümummilli lider Heydər Əliyevin anım günü

Məktəbdə 12 dekabr 2018-ci il tarixdə ümümmilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə tədbir açıq elan olundu. Məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini V.M.Əkbərova çıxış edərək Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verdi. Sonra məktəbin UBT rəhbəri M.E.Abasova çıxış edərək Heydər Əliyevin kəlamlarını söylədi. Məktəbin şagirdləri ümummilli liderə həsr olunmuş şeirlər və mahnılar təqdim etdilər. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümaiş olundu.