" 20 Yanvar Qanlı və Şanlı tariximiz"

M.Məmmədov adına 303№-li ümumi orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş" 20 Yanvar Qanlı və Şanlı tariximiz" adlı tədbir keçirilmşdir. Tədbirdə məktəbin Müəllim kollektivi və şagirdlər iştirak edirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.Məktəbin UBT rəhbəri Abasova Məhəbbət çıxış edərək şəhidlərin qəhrəmanlıq səlnaməsi haqqında ətraflı məlumat verdi.Tədbirdə məktəbimizin şagirdləri hazırladıqları şeirləri,mahnı və səhnəcikləri təqdim etdilər.Bütün siniflər şəhidlərin əziz xatirəsinə həsr etdikləri fotostendləri nümaiş etdirdilər.Məktəbin Tarix müəllimi Abasova Səmayə Qanlı Tariximiz haqqında çıxış etdi.Tədbirin Sonunda şagirdlər şəhidlərə həsr olunmuş lövhənin qarşısına qərənfillər düzdülər.Tədbir bağlı elan olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi