Dövlət bayrağı günü

  8 noyabr 2018-ci il tarixdə məktəbdə Azərbaycan Dövlət Bayrağının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Ümummilli lider Heydər Əliyevin bayraq haqqında dediyi kəlamı ilə açıq elan olundu. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Hərbi geyimli şagirdlər tərəfindən 3 rəngli Azərbaycan bayrağı səhnəyə gətirildi. Sonra məktəbin ədəbiyyat müəllimləri Əkbərova Venera və Həsənov Elnur bayraq haqqında yazılmış şeirlər təqdim etdilər. Məktəbin UBT-rəhbəri Abasova Məhəbbət 3 rəngli Azərbaycan bayrağının yaranması və ilk dəfə qaldırılması haqqında məlumat verdi. Məktəbin 1a sinif şagirdləri şeirlər söylədilər. Sonra məktəbin 7b sinif şagirdləri hazırladıqları şeir parçalarını təqdim etdilər. Məktəbin milli geyimli 9 -cu sinif şagirdləri " Yallı " rəqsini ifa etdilər. Tədbirin sonunda məktəbin 5 yaşlılarının hazırladıqları əl işləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi