Müstəqilliyimiz əbədidir

Məktəbdə 18 oktyabr 2018-ci il tarixində Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin UBT rəhbəri M.E.Abasova açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ümumilli lider Heydər Əliyevin müstəqillik haqqında dediyi kəlamı ilə tədbir davam etdirildi. Məktəbin direktoru P.V.Rzayeva çıxış edərək Dövlət Müstəqilliyi gününün tarixi haqqında məlumat verdi. Məktəbin ibtidai sinif şagirdləri şeirlər və mahnılarla çıxış etdilər. Məktəbin 9-cu sinif şagirdləri Cəngi musiqisinin sədaları altında rəqs etdilər. Məktəb daxilində keçirilən mestəqillik gününə həsr olunmuş " Müstəqilliyimiz əbədidir " adlı inşa yazı müsabiqəsində qalib olmuş şagirdlər Rzayeva Məleykə, Muradova İlahə, Zalov İsa yazdıqları inşaları tədbir iştirakçılarına təqdim etdilər. Tədbir bağlı elan olundu.