1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun 2018-ci il tarixində 303№-li ümumi orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.Azərbaycan Respublikasının himninin səslənməsi ilə tədbir açıq elan olundu.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini V.M.Əkbərova çıxış edərək bütün uşaqları təbrik etdi.Tədbirin aparıcısı UBT rəhbəri M.E.Abasova ibtidai sinif şagirdlərini dəvət etdi.Onlar hazırladıqları səhnəcikləri, şeirləri və mahnıları təqdim etdilər. 5 vı 6-cı sinif şagirdləri müxtəlif rəqslər nümayiş etdirdilər.Məktəbin 7-ci sinif şagirdi Abasov Tofiq " Əziz dostum" xalq mahnısını ifa etdi.Məktəbin 8-ci sinif şagirdi Məmmədova Əsli " Uzundərə" rəqsini ifa etdi. Sonra şagirdlər gözəl uşaq geyimlərini  nümayiş etdirdilər.Tədbir şagirdlərin ifasında müxtəlif xalqların rəqsləri ilə davam etdirildi.Tədbir  şagirdlərin asfalt üzərində gözəl rəsmlər çəkməsi və onların mükafatlandırlması ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi