28 May Respublika Günü

25 may 2018-ci il tarixində 303№-li ümumi orta məktəbdə Azərbaycanın Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi.Tədbiri məktəbin UBT rəhbəri M.E.Abasova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalq cumhuriyyətinin yaranması haqqında dediyi sözləri ilə açıq elan etdi.Himnin səslənməsindən sonra məktəbin tarix müəllimi S.A.Abasova çıxış edərək Azərbaycan xalq cumhuriyyətinin yaradıcıları haqqında məlumat verdi.İbtidai sinif şagirdləri Azərbaycan haqqında şeirlər və mahnılar təqdim etdilər.Məktəbin 8-ci sinif şagirdləri S.Vurğunun " Vaqif" obrazından bir parçanın səhnələşdirilmiş variantını nümayiş etdirdilər.Məktəbin 9-cu sinif şagirdləri "Ey ulu vətən" mahnısını xorla ifa etdilər.Tədbirin sonunda siniflərin hazırlaqdıqları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş plakatlar və fotostendlər nümayiş olundu.