"Oxu Günü" tədbirləri

Şəxsiyyət olaraq inasanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünya görüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna kəsb edir.
Bu səbəbdən "Ümumtəhsil mətəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və orada mütaliə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə BŞTİ-nin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinə əsasən məktəbimizdə 9-20 aprel 2018-ci il tarixlərdə " Oxu Günləri" çərçivəsində ayrı-ayrı siniflər üzrə məktəbdaxili tədbirlər keçirilmişdir.
17-19 aprel 2018-ci il tarixlərdə məktəbin 2-4-cü siniflərində V.M.Əkbərova və Ş.Q.Yaqubova bəşəriyyət üçün ədalətin və sülhün vacibliyi müzakirə olundu. Həmin tədbirdən olan şəkillər.