Elimizə Bahar gəlir

19 mart 2018-ci il tarixində M.Məmmədov adına 303 №-li məktəbdə "Elimizə Bahar gəlir" adlı Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının himninin səslənməsindən sonra tədbiri məktəbin direktoru P.V.Rzayeva təbrik çıxışı ilə açıq elan etdi.

 Milli geyimli qızlar " Nəlbəki" rəqsini ifa etdilər.Novruz bayramının simvolu olan Kosa və Keçəl özlərinin məzəli səhnəcikləri ilə tədbiri  daha da şənləndirdi. Bahar qız tədbir iştirakçılarına Novruz bayramının qədim adət-ənənələri haqqında məlumat verdi.İbtidai sinif şagirdləri Novruz bayramına həsr olunmuş şeirlər söylədilər .Sonra məktəbin şagirdlərinin ifasında milli rəqslər nümayiş olundu.Tədbiri məktəbin UBT rəhbəri M.E.Abasova bağlı elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi