Xocalı soyqırımının 26-cı ildönümü

Bakı şəhəri M.Məmmədov adına 303 №-li ümumi orta məktəbdə 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbiri məktəbin UBT rəhbəri M.E.Abasova ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı " haqqında dediyi sözləri ilə açıq elan etdi.Azərbaycan Respublikası Dövlət himni səsləndirildi.Məktəbin tarix müəllimi S.A.Abasova çıxış edərək, Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi.Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra ibtidai sinif şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirildi.Məktəbin 6a və 6b sinif şagirdləri "Gözlərinin yaşını sil, Xocalım!"adlı ədəbi-bədii kompozisiya təqdim etdilər.Məktəbin 7-ci sinif şagirdləri "Şəhid Şəhər Xocalı" adlı mahnını xorla oxudular.Sonra məktəbin 8-ci və 9-cu sinif şagirdləri Xocalı notları poemasından "Haray, Xocalım, Haray" adlı şeirlər ifa etdilər.Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnısı səsləndirildi.Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş fotostendlər və rəsmlər nümayiş olundu.