QANLI YANVAR

19 yanvar 2018-ci il tarixində M.Məmmədov adına 303 №-li ümumi orta məktəbdə 20 Yanvar şəhidlərinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin UBT rəhbəri M.E.Abasova açıq elan etdi.Azərbaycan Respublikasının Dövlət himni səsləndi.20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İbtidai sinif şagirdləri "20 Yanvar Günü", "Şəhidlər xiyabanı", Şəhidlər ölməzlər" adlı şeirləri ifa etdilər.7-ci sinif şagirdləri "Şəhidlər " mahnısını xorla ifa etdilər.9-cu sinif şagirdləri "Ağla qərənfil ağla" adlı ədəbi-bədii kompozisiya təqdim etdilər.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi V.M.Əkbərova çıxış edərək 20 Yanvar Milli qürur günümüz haqqında məlumat verdi.Tədbirin sonunda şagirdlər ümumxalq hüzn gününə həsr olunmuş rəsmləri nümayiş etdirdilər.