"Mənim hüquqlarım"

05.12.2017-ci il tarixində M.Məmmədov adına 303№-li ümumi orta məktəbdə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Mənim hüquqlarım " adlı dəyirmi masa keçirildi.Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə tədbir açıq elan olundu.Məktəbin UBT rəhbəri M.E.Abasova çıxış edərək bildirdi ki, hazırda uşaq hüquqları və onların müdafiəsi dünyada və ölkəmizdə ən aktual məsələlərdən biridir.Çünki müasir dünyada uşaq hüquqları müxtəlif sferada və ölçüdə pozulur.Bu gün ölkəmiz uşaq hüquqlarının ən çox diqqət gördüyü ölkələrdən biridir.Sonra məktəbin müəllimləri H.Ə.Abasova,V.M.Əkbərova, N.Y.Hüseynova da çıxış etdilər.Tədbirin sonunda bildirildi ki, Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin öhdəliyindədir. Əgər biz bu gün sabahımız olan uşaqların hüquqlarını pozuruq və ya buna göz yumuruqsa, sabah bunun acı nəticələrindən ziyan çəkən və məsuliyyət daşıyan da yenə biz olacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi