SON ZƏNG

14.06.2017-ci il tarixində məktəbdə Son Zəng tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.Məzunlar sonuncu dəfə məktəbin qarşısında sıra ilə düzüldülər.Onların əllərində olan ağ göyərçinlər səmada süzdülər.Məktəb direktoru P.V.Rzayeva çıxış edərək məzunları təbrik etdi.Sonra onların sinif rəhbəri olan S.A Abasova ən xoş arzularını məzunların şərəfinə söylədi.Qəsəbə nümayəndəsinin müavini Ruslan müəllim çıxış etdi.Məzunların birinci sinif müəllimi Ş.Q.Yaqubova da çıxış edərək məzunları təbrik etdi.Məzunlar doqquz il ərzində onların zəhmətini çəkmiş,onlara elmin sirlərini açmış fənn müəllimlərinə öz təşəkkürlərini bildirdilər.Müxtəlif şeirlər söylədilər.Məzunlar simvolik bilik açarını səkkizinci sinifə təhvil verdilər.Çünki onların davamçıları səkkizinci sinif şagirdləridir.Məzunlara 9 illik məktəb illərindən yadigar qalacaq xatirə albomları təqdim olundu.Məzunların şərəfinə sonuncu zəng səsləndi.Son zəng tədbiri məzunların gözəl rəqsləri ilə bağlı elan olundu.